Вернуться назад Распечатать

Yasamal İcra Hakimiyyətinin laqeyidliyi:Biznes marağı vətəndaşın canından üstündür-VİDEO

KAMERALAR QARŞISINDA ŞOU YARADANLAR, GƏLİN BU SƏKİDƏ GƏZİN! 
Yasamal rayonu, Balababa Məcidov küçəsində aparılan bina tikintisi sakinlərin həyatını təhlükəyə atıb. Tikinti şirkəti piyada səkisini bərbad hala salaraq tamamilə keçilməz edib. Uşaqlar, qocalar, analar məcbur olub sürətlə şütüyən avtomobillərin hərəkət etdiyi yolun ortası ilə gedirlər!

Jurnalist Tural Museyibovun ictimailəşdirdiyi bu rəzalətə Yasamal Rayon İcra Hakimiyyəti hələ də göz yumur. Bəs payız yağışları başlayanda bu ərazidə vəziyyət necə olacaq? Vətəndaşları bu zülmə məhkum edənlər haraya baxır?