Bakının parıldayan vitrini və Suraxanının bataqlığı – Adil Əliyevin unutduğu küçədə nə baş verir?-VİDEO
Bakının parıldayan vitrini və Suraxanının keçilməz bataqlığı: Şövqiyar Abdullayev küçəsindən SOS siqnalı!
Mərkəzi prospektlərinə milyonlar xərclənən paytaxtın elə ünvanları var ki, ora baxanda adam özünü 21-ci əsrdə yox, orta əsrlərin qaranlıq səhrasında zənn edir. Suraxanı rayonu, Şövqiyar Abdullayev küçəsində sakinlər yaşamır, sözün əsl mənasında palçıq içində sürünürlər! Bir az yağış yağan kimi küçə nəhəng gölməçələrə çevrilir, təcili yardım maşınları belə xəstələrin qapısına çata bilmir.