Вернуться назад Распечатать

İlham Əliyev: "Türkmənistanın Füzulidə məscid tikintisi mənəvi yaxınlığımızın təzahürüdür"-VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri çərçivəsində keçirilən rəsmi görüşlərdə Türk dövlətlərinin Qarabağın bərpasına verdiyi qardaşlıq dəstəyi xüsusi vurğulanıb [xeber]. Dövlətimizin başçısı azad edilmiş ərazilərdə həyata keçirilən humanitar layihələrə və göstərilən dəstəyə görə Mərkəzi Asiya ölkələrinin rəhbərlərinə dərin minnətdarlığını ifadə edib.

1xeber.media xəbər verir ki,Prezident İlham Əliyev Türkmənistanın tarixi töhfəsini önə çəkərək bildirib: “Hörmətli Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikintisini xüsusi qeyd etmək istərdim. Keçən il onun təməlinin qoyulmasında birlikdə iştirak etdik. Qardaş Türkmənistanın ölkəmizə bu hədiyyəsi xalqlarımız arasındakı dostluğun və mənəvi yaxınlığın daha bir təzahürüdür” .
Dövlət başçısı digər Türk dövlətlərinin də Qarabağda gerçəkləşdirdiyi strateji layihələri yüksək qiymətləndirib: “Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyətə malikdir. Özbəkistan artıq Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi və Qırğızıstan Ağdamda Manas adına məktəb inşa edib. Biz bu yardımı çox yüksək qiymətləndiririk”