İlin ilk günü İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryanın Xarici İşlər Nazirliyinə çağrılması iki ölkə arasındakı münasibətlərin xarakterindən irəli gəlir.
Bu sözləri politoloq Elxan Şahinoğlu İranın ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amulinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçısına qarşı təhqiramiz ifadələrə görə İran diplomatına etiraz haqda qeyd edib.