Xalq yazıçısı, kinodramaturq, ssenari müəllifi, tərcüməçi, Ənvər Məmmədxanlı. 1913-cü ildə Göyçayda anadan olub. Orta məktəbi Göyçayda bitirən yazıçı Bakıda N. Nərimanov adına Sənaye Texnikumunda təhsil alıb.
1xeber.media xəbər verir ki, Azərbaycan Neft Akademiyasına daxil olsa da ali təhsilini yarımçıq qoyub. İxtisasca mühəndis olan Ənvər Məmmədxanlının mühəndisliyi buraxıb yazıçılığın dalınca getməsi ailələrində söz-söhbətə səbəb olub. Atası ali məktəbi yarımçıq qoyub yazıçılığı seçməsinə görə ömür boyu ondan narazı qalıb.
Xalq şairi Rəsul Rza ilə həm xalaoğlu, həm əmioğlu olublar.
“Babək” romanının qələmə alsa da romanı tamamlaya bilməyib. Yazıçının ölümündən sonra Anar həmin romanı və "Babək" kinossenarisini birləşdirib "Azərbaycan” jurnalında çap etdirib.
Yazıçı Mövlud Süleymanlının "Dəyirman" povesti haqsız tənqidlərə məruz qalanda Mövlud Süleymanlının müdafiəsinə qalxıb.
Səməd Vurğun 1938-ci ildə yazdığı bir məqaləsində Ə.Məmmədxanlının "Ayrıldılar" adlı hekayəsini tənqid edib. Hekayəni bəyənməyən Xalq şairi hətta "Axı niyə ayrıldılar?" adlı bir məqalə də yazmışdı.
Əslində 1913-cü il fevralın 29-u anadan olan Ənvər Məmmədxanlının doğum günü ancaq dörd ildən bir qeyd olunacağı üçün 28-nə salınıb. Mehdi Hüseynlə yola getməyiblər. Gah dalaşıb, gah da barışan yazıçılara bir gün Mircəfər Bağırov neftçilər mövzusunda birlikdə ssenari yazmağı təklif edib, hər ikisi birlikdə işləməkdən imtina etsələr də, bir neçə il sonra “Fətəli xan” filminin ssenarisini bir yerdə yazıblar.
Münasibətləri soyuq olsa da ilk dəfə Mehdi Hüseyndən Turan Cavidə görə xahiş edib ki, onu işə götürsün. Mehdi Hüseyn də Turan xanımı işə götürüb.
1957-ci ildə Akademik Dram Teatrında tamaşaya qoyulan "Şərqin səhəri" əsəri SSRİ Dövlət mükafatına layiq görülsə də mükafat alanların siyahısında müəllifin adı qeyd edilməyib.
1990-cı ilin 19 dekabrında Bakıda vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.