Вернуться назад Распечатать

Naxçıvanda maşın yandı - FOTO

Babək rayonunun Cəhri qəsəbəsində minik avtomobilində yanğın baş verib.

1xeber.media xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumat əsasında dərhal Babək Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun genişlənərək ətrafa yayılmasının qarşısı alınıb və yanğın söndürülüb.

Hadisə nəticəsində avtomobilin salon hissəsi yanıb, nəqliyyat vasitəsinin digər hissələri isə yanğından mühafizə olunub.