Bakı şəhər Suraxanı rayonunda fəaliyyət göstərən 323 saylı uşaq bağçası-körpələr evindən şikayət var.
İddia olunur ki, baxçada hər uşağa görə 30 manat pul yığılır.
1xeber.media xalq.online istinadla xəbər verir ki,20 manat baxça direktoruna 10 manat isə müəllimələr hət ay pul yığılır.
Pul yığımı bütün qruplarda həyata keçirilir. Lakin Elnarə adlı müəllimə valideynlər pulu gecikdirdiyi halda uşaqlara qarşı sərt cəza tətbiq edir. “Bağçada hər uşağa görə aylıq 30 manat pul yığılsada üstəlik hər ay bəzi gündəlik vəsaitlər: sabun, salfetka və sair almağımız tələb olunur.
Hər səhər uşaqlara müxtəlif növ bulkalar və şirniyyat alınır, Baxçanın hazırladığı yeməklər heç də uşaqlara xoş gəlmir,əksər uşaqlar da bunu yemir. Qarşılığında isə uşaqlar axşamlar evə ac gəlir. Uşaqlara meyvə, yumurta, süd kimi vitaminli heç nə verilmir. Mətbəxə baxmağa belə valideynin icazəsi yoxdur deyə şikayətdə bildirilir.
323 saylı uşaq bağçası-körpələr evininin direktoru Məhsəti xanım isə bu prosesi müəllimələr “hörmət” edin deyə pul yığımını həyata keçirir.
Aylıq ödənişlər isə hər qrupda müəllimələrin kartına atılması ilə həyata keçirilir.
Valideynlər onu da bildiriblər ki, dəfələrlə bağçanın müdirəsi Məhsəti xanıma və tərbiyəçilərə müraciət edilsə də, uşaqlara təyin edilən qidaların verilməsi həyata keçirilmir. Bundan başqa, şikayətçilər bağçadakı təmizlikdən də narazıdırlar. Onların sözlərinə görə, otaqlar səhər uşaqlar bağçaya gələndən sonra təmizlənməyə başlanılır və içəri toz olur
Məsəslə ilə bağlı baxçadan heç bir açıqlama almaq mümkün olmadı.
Yazıda adları keçənlərində münasibətini dərc etməyə hazırırq.