SOCAR-ın investisiya üzrə sabiq sədr müavini Adnan Əhmədzadənin həbsi ilə bağlı xəbərlərdən sonra həyat yoldaşı sosial şəbəkə paylaşımlarına "əl gəzdirib".
1xeber.media xəbər verir ki, Gülsəfa Cəfərova sosial şəbəkə hesabında dəbdəbəli həyat tərzini əks etdirən fotolar və videolar paylaşırdı. Lakin A.Əhmədzadənin həbsi ilə bağlı xəbərlər yayıldıqdan sonra o, həmin paylaşımların bir çoxunu sildi.
Qeyd edək ki, Adnan Əhmədzadə “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunaraq saxlanılıb.
Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.
Xatırladaq ki, bu gün Bakı şəhəri Səbail rayon məhkəməsində məhkəmə baxışı zamanı Adnan Əhmədzadə barədə 4 aylıq həbs qətimkan tədbiri seşilib.