Vətən müharibəsi qazisi, baş leytenant Mobil Əhmədzadəyə yüksək vəzifə verilib.
1xeber.media Musavat.com-a istinadla xəbər verir ki, Mobil Əhmədzadə Müdafiə Nazirliyində çalışacaq.
M.Əhmədzadə Hərbi Polis İdarəsində şöbələrdən birinin rəis müavini kimi xidmətə başlayıb.
Bu barədə ilk məlumatı Qafqazinfo.az saytı yayıb.
Mobil Əhmədzadə kimdir?
26 yaşlı Əhmədzadə Mobil İlqar oğlu Vətən müharibəsi qəhrəmanlarından biridir. O, Şuşa istiqamətində gedən döyüşlərdə bir ayağını itirdikdən sonra əsir düşüb və 35 gün erməni əsirliyində qaldıqdan sonra Bakıya gətirilib.
Mobil əsirlikdən qayıtdıqdan sonra ilk müsahibəsini “Musavat TV”yə vermişdi.
“Yeni Müsavat” Media Qrupunun “Vətən müharibəsinin qəhrəmanlarını tanıyaq və tanıdaq” layihəsi çərçivəsində danışan Mobil Əhmədzadənin həmin müsahibəsini bir daha oxucularımızın diqqətinə çatdırırıq