Beyləqan şəhərinin mərkəzi küçəsinin bir qrup sakini tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər iddia edirlər ki, küçələr bərbad vəziyyətdədir və İcra Hakimiyyəti bu problemlə maraqlanmır:
“Biz, sakinlər, yaşadığımız ünvan üzrə bir çox qurumlara iradımızı bildirmişik. Lakin əhəmiyyət vermirlər. Bu səbəbdən də məcbur qalıb media üzərindən səlahiyyətli qurumlara müraciət edirik.
Son vaxtlar guya, rayonda küçələrə asfalt çəkirlər. Görünən yerləri bəzəyib, görünməyən yerləri isə yarımcıq qoyurlar. Bu dediklərimizi şəkillər vasitəsilə də sübut edəcəyik.
Asfalt çəkən ustalara sual veririk ki, bu, magistral yoldur, yolun bu hissəsini niyə yarımçıq qoyursuz, deyirlər, icra başçısı Əziz Əzizov bizə belə tapşırıq verib.