Xətai rayonu Lütfüzadə küçəsinin sakinləri səkilərin obyekt sahibləri tərəfindən zəbt olunmasından şikayətçidirlər.
Sözügedən küçədə yolun hər iki tərəfi obyektlər tərəfindən zəbt edildiyindən piyadaların sərbəst hərəkəti üçün çətinlik yaranır. Onlar avtomobil yolu ilə hərəkət etmək məcburiyyətindədirlər, bu isə insan həyatı üçün təhlükəlidir.