Naxçıvanda Şərur rayonunda Ulu önədrimiz Heydər Əliyevin adına olan “Heydər parkı” baxımsız vəziyyətdədir.
Dövlət hesabına salınan parklar baxımsız vəziyyət olması ilə bağlı mətbuatda həmçinin sosial hesablarda məlumatlar yayımlandıqdan sonra aidiyyatı strukturlar hərəkətə keçərək qırılmış avadanlıqları təmir edir, və ərazidə təmizlik işləri aparırlar.
Bununla əlaqədar Şərur rayon sakinləri XALQ.AZ-a müraciət edərək baxımsız qalan parka aidiyyatı qurumların diqqətinə çatdırmaq istəyiblər.
Sakinlər bildiriblər ki, parkda avadanlıqlar qırılıb uşaqlar üçün təhlükəli vəziyyət yaranıb. Gözləyirlər hər-hansı bir xoşəgəlməz hadisə baş versin sonra uşaqlar üçün əyləncə avadanlıqlarını təmir etsinlər deyə Şərur sakinləri bildiriblər.