ETSN-də işləyən məmur paytaxta obyekt tikdirib?
11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri Rəvan Teymurov Xətai rayonunda obyekti hansı vəsaitlə tikdirib?
Ölkəmizdə məmurların şəxsi biznesi, obyektləri olması artıq adi hala çevrilib. Ölkə qanunlarına görə məmurun biznes fəaliyyəti ilə məşğul olması qadağan olunmasına baxmayaraq, bu qanun sadəcə kağız üzərində qalmaqdadır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf Mühütün mühafizəsi sektorunun müdiri Rəvan Teymurovda öz adına obyekti olan məmurlardandı.