
İtaliyanın Peruca şəhərində keçirilən dünya çempionatında yüksək nəticələr əldə edən kunq-fu üzrə Azərbaycan millisinin üzvləri Vətənə qayıdıblar.
1xeber.media xəbər verir ki, onları Heydər Əliyev Beynəlxalq aeroportunda idmançıların yaxınları qarşılayıblar.
Qeyd edək ki, qızların yarışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın qızı, Prezident İlham Əliyevin nəvəsi Əminə Əliyeva dünya çempionu olub.