Mingəçevirdə yaşayış binasının qanunsuz şəkildə dəyişdirilməsi – Baş memarın məlumatı yoxdurmu?
Sosial şəbəkələrdə Mingəçevir şəhərinin Nəriman Nərimanov küçəsində yerləşən yaşayış binalarına aid bir sıra fotolar yayılıb. Fotolarda aydın görünür ki, həmin binaların küçəyə baxan fasad hissəsi sökülərək, mənzilin yerində qeyri-yaşayış sahəsi – yəni obyekt yaradılıb.
Ən maraqlı məqam isə odur ki, bu dəyişiklik şəhər İcra Hakimiyyətinin cəmi bir neçə metrliyində baş verib. Lakin Mingəçevir Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri, baş memar Etibar Abdullayevin bu proseslərdən xəbərsiz olduğu bildirilir. Sual yaranır: baş memar həqiqətənmi bu hadisədən xəbərsizdir, yoxsa məlumatlı olsa da, hansısa səbəbdən susur?