Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə general-mayor İlqar Rza oğlu Abbasov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilməsindən sonra yeni detallar üzə çıxmaqdadır.
Bu dəfə onun sabiq PA rəhbəri Ramiz Mehdiyev tərəfindən himayə olunması və fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinə testdənkənar daxil olması iddialarıdır.
Xəbəri Oxu24.com yayıb. Məlumata görə, İlqar Abbasovun prokurorluq və digər dövlət qurumlarında vəzifədən-vəzifəyə durmadan sıçrayışı Ramiz Mehdiyevin çətiri altında olduğu üçün baş verirmiş.
Sayt xəbər verir ki, ilk ali təhsilini fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində – testdən kənar yollarla qəbul olunmaqla alan İlqar Abbasov vəzifə başında özünü məmura yaraşmayan formada aparırmış.
Tabeçiliyində olan şəxsləri söyüb, təhqir edir, qeyri-etik davranış sərgiləməklə aşağılayırmış.
















