
Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş yığıncaq keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.
1xeber.media xəbər verir ki,Modern.az AMEA-nın 80 illik yubleyinə həsr olunan tədbirdə iştirak edən deputatlarla həmsöhbət olub.
Milli Məclisin sədr müavini Musa Qasımlı vurğulayıb ki, Prezident İlham Əliyevin AMEA-nın 80 illiyinə həsr olunmuş toplantıdakı nitqi tarixi əhəmiyyət daşıyır:
“Dövlət başçımızın nitqində Akademiyanın keçdiyi yol, müasir şərait və elmimizin qarşısında dayanan ən vacib məsələlər öz əksini tapmışdı. Keçirilən yolla bağlı cənab Prezidentimiz bildiridi ki, müxtəlif sistemlərdən aslı olmayaraq Azərbaycan elmi inkişaf edib və müstəqillik illərində həm Ulu öndər Heydər Əliyev, həm də özü Akademiyamızın inkişafına diqqət ayırıblar. Yaranmış yeni şəraitdən danışarkən, dövlət başçımız dünyadakı vəziyyətə diqqət yetirərək elmimizin qarşısında dayanan konkret vəzifələri də göstərdir”.
Musa Qasımlı bildirib ki, Prezidentin nitqində göstərilən vəzifələr Azərbaycan elminin yol xəritəsi olmalıdır:
“İlk növbədə dövlət başçımız vurğuladı ki, hər bir ölkə, o cümlədən Azərbaycan üçün ən vacib məsələ texnoloji inkişafdır və burada Azərbaycan elmi müstəsna rol oynamalıdır. Nitqində cənab Prezidentimiz elmin naliyyətlərini təhlükəsizliyin etibarlı qorunması, texnoloji inkişaf və informasiya təhlükəsizliyi ilə əlaqələndirdi. Elmimizin qarşısında dayana mühüm vəzifələr kimi süni intellektin yaradılması, rəqəmsallaşma, kiber təhlükəsizlik məsələlərini ön plana çəkildi. Kiber təhlükəsizliyin qorunmasının vacibliyi göstərildi”.
Vitse-spiker bildirib ki, nitqdə ən mühüm məsələlərdən biri kimi Azərbaycanda müdafiə sənayesinin inkişafına xüsusi diqqətin yetirilməsi oldu:
“Dövlət başçısımız elmin iqtisadiyyatla, sənayə ilə əlaqələndirilməsini, elmin naliyyətlərinin istehsalatda tətbiqini ön plana çəkdi və bildirdi ki, "Azərbaycan elminin praktik nəticələri tətbiq olunmalı və səmərə verməlidir”.
Dövlət başçımız müasir dünyada güc faktorunun ön plana çəkildiyini və beynəlxalq təşkilatların artıq öz funksiyalarını yerinə yetirməkdə aciz olduğunu vurğuladı.
Cənab İlham Əliyev öz nitqində Azərbaycan tarixinə dair dərin tədqiqatların aparılmasının vacibliyini də vurğuladı. Bildirdi ki, tarixi həqiqətlər dünya ictimaiyyətinə çatdırılmalıdır. Nitqdə həmçinin müstəqillik dövrü tarixinin araşdırılması və yaxşı əsərələrin yazılmasının zəruriliyi də vurğulandı. Cənab Prezidentimiz dövlətçilik tarixinin yazılmasının önəmini vurğuladı”.
Musa Qasımlının sözlərinə görə, Prezident Azərbaycan dilinin saflığının qorunması məsələsinə də diqqət çəkib:
“Müasir texnoloji inkişaf yeni terminlər gətirsə də, dövlət başçımız Azərbaycan dilinin saflığının qorunmasının vacibliyini ön plana çəkdi, dilimizin saflığının qorunmasının eyni zamanda qonşu ölkələrdə yaşayan azərbaycanlıların dilinin saflığının qorunması ilə əlaqələndirdi. Hesab edirəm ki, bizim elmi tədqiqat inistutlarımız cənab Prezidentin nitqindən irəli gələn məsələlərin hər birini nəzərə alacaqlar”.
Deputat Elnarə Akimova isə bildirib ki, Prezident İlham Əliyev elmin qarşısında dayanan mühüm strateji hədəflərdən danışdı.
“Tariximizin tədqiqi, onun yeni tarixi baxışla, təzələnən diskursla araşdırılması, Qərbi Azərbaycan gerçəklərinin gələcək nəslə çatdırılması, separatist yalanlarının ifşası və Azərbaycan dilinin saflığının keşiyində dayanmaq məsələsi və s. Həmçinin texnoloji yenilikləri səmərəli şəkildə həyatımızın bir parçasına çevirməyi, kiber hücumlarının qarşısında ayıq-sayıq dayanmaq amillərini önə çəkdi. Bütün aktuallanan problemlər məfkurə dalğası ətrafında bütövlənməyimiz üçün gözəl vəsilə, gözəl stimuldur”.

















