Yasamaldakı yanğına münasibət bildirən telejurnalist Telman İsa yanan bina ətrafında tikilən qanunsuz tikililərə toxunub: "Dəhşətin kubu! O məsəldə deyildiyi kimi, gəl indi koru körpüdən keçir! Yəni, gəl indi bu darısqallıqda yanğını söndürən maşınları, texnikanı həyətsız binadan keçir.
P.S: Bir neçə nəfərin ölümünə, onlarla şəxsin ağır xəsarət almasına ( hələ sakinlərin ciddi iqtisadi problemlərini demirik) səbəb olmuş şiddətli yanğın böyük suallar yaradıb.Anlaşılır ki, Bakı şəhərinin müxtəlif ərazilərində sürətlə "ucalan" üstü bəzək, altı təzək "binalar"ı əməllicə tabut məkanıdır.Tikinti qaydalarının zibil qutularına atılması, inşaat şərtlərinin babasının yandırılması, rüşvətin tuğyan etməsi və daha nələr, nələr hər birimizi düşündürməyə bilməz! Mənə görə, təqsirkarlar ən sərt şəkildə cəzalandırılmalı və bu cür xaotik, nizamsız tikintiyi razılıq vermiş qurumların rəhbər şəxsləri ömürlük qazamata göndərilməlidir.
Dünyasını dəyişmiş şəxslərə Allah rəhmət eləsin! Tanrının rəhmi gəlmiş sakinlərə isə səbr diləyirəm! Soyuq qış günlərində onların ilkin qayğıları, ehtiyacları həllini tapmalıdır."
Sosial şəbəkələrdə qeyd edirlər ki, əgər Yasamal icra başçısı Elşad Həsənov rüşvət müqabilində qanunsuz obyektlərin tikintisinə, qanunsuz restoranların binaların həyətinə daxik olmasına, qəza çıxışlarını bağlamasına icazə verməsəydi bu gün xilasedicilər də zamanında hadisə yerinə çatardı, insanlar da səliqəli təxliyyə olunardılar. Paylaşılan məlumatlarda qeyd edilir ki, Yasamalda 1 qapı, 1 pəncərə, bir daş bir daş üstə rüşvətsiz qoyula bilməz. Elşad Həsənov Yasamalı qabaqlar sot-sot satırdı, indi addım-addım satır.
Mövzunu diqqətdə saxlayacağıq.
7NEWS.az














