Plastik cərrah Vüqar Ələkbərovla bağlı ciddi iddialar var və bu iddialar əsasında artıq prokurorluq araşdırmaya başlayıb
Bu barədə xəbər AzTimes.az saytında yayımlanıb. Məlumata görə, 2025-ci ilin aprel ayında plastik cərrah kimi tanınan Vüqar Ələkbərov Bakı şəhərində fəaliyyət göstərən Universal Hospitalda tanınmış xanım müğənnilərdən birinin üzərində sinə kiçiltmə əməliyyatı aparıb.Mənbənin bildirdiyinə görə, araşdırma yekunlaşana qədər adının açıqlanmasını istəməyən müğənninin əməliyyatdan sonra vəziyyəti gözlənilən kimi olmayıb.
Belə ki, əməliyyatdan sonra sinə nahiyəsində çürümə müşahidə olunub, qısa müddət ərzində sinənin forması dəyişib və estetik baxımdan ciddi deformasiya yaranıb.İddialara əsasən, yaranan problemin aradan qaldırılması üçün müğənni dəfələrlə həkimə müraciət edib. Vüqar Ələkbərovun sinəni bərpa edəcəyinə dair vəd verdiyi, lakin bu vədin yerinə yetirilmədiyi bildirilir. Tərəflər arasında konflikt yaranıb və nəticədə xanım müğənni məsələ ilə bağlı Azərbaycan Respublikası Prokurorluğuna rəsmi şikayət ünvanlayıb.Hazırda daxil olan məlumata görə, Vüqar Ələkbərov barəsində hüquqi araşdırma aparılır və faktlar müvafiq qurumlar tərəfindən yoxlanılır. saytın əldə etdiyi digər məlumatlara görə, bu hadisə həkimin adı ətrafında səslənən ilk iddia deyil.
Məlumatda o da qeyd olunur ki, baş verən hadisədən sonra Vüqar Ələkbərovun Universal Hospitaldan uzaqlaşdırıldığı bildirilir. Hazırda isə onun Funda Hospitalda fəaliyyət göstərdiyi bildirilir.Yayılan bu xəbərə Amerikada yaşayan jurnalist Qənirə Ataşovanın reaksiyası çox maraqlı olub.Qənirə Ataşova uzun müddətdir İnstaqram hesabında plastik cərrahlar, kosmetoloqlar və stomatoloqlar barədə müxtəlif paylaşımlar edir.Bu dəfə də xanım jurnalist AzTimes.az saytında plastik cərrah kimi tanınan Vüqar Ələkbərov barəsində dərc olunan yazıdan sonra öz İnstaqram hesabında paylaşım edib.
Ataşova yayımlanan həmin paylaşım daha sonra silib.
Maraqlı məqam isə ondan ibarətdir ki, paylaşım silindikdən az sonra Qənirə Ataşova bu dəfə tam əks mövqedən çıxış edərək Vüqar Ələkbərovu müdafiə edən status paylaşıb.Bu hal İnstaqram istifadəçilərinin diqqətindən yayınmayıb və ictimai müzakirələrə səbəb olub.
Qeyd edək ki,Ataşovanın paylaşımlarında diqqətçəkən məqam ondan ibarətdir ki, bu paylaşımların bir hissəsi müəyyən vaxt keçdikdən sonra silinir və ya əvvəlki fikirlərlə ziddiyyət təşkil edən yeni statuslarla əvəz olunur.Vüqar Ələkbərovla bağlı yayımlanan statusda da eyni hal müşahidə edilib. Əvvəlcə tənqidi və ya sual doğuran paylaşım, ardınca isə həmin paylaşımın silinməsi və müdafiə xarakterli statusun paylaşılması İnstaqram istifadəçiləri arasında suallar yaradıb.
Məsələ ilə bağlı Qənirə Ataşova tərəfindən hər hansı rəsmi açıqlama verilməyib.

















