DSMF (Dövlət Sosial Müdafiə Fondu) yaradılanda hökumət rəsmiləri iddia edirdilər ki, bir müddət sonra DSMF özü-özünü maliyyələşməyə keçəcək, büdcədən dotasiya almayacaq.
Bu il, 2026-cı ildə DSMF büdcədən 1 milyard 700 milyon dotasiya alacaq – yəni, DSMF özü-özünü maliyyələşdirə bilmir və səhv qurulmuş sistem və domokrafik pis dinamika ona gətirib çıxaracaq ki, növbəti illərdə DSMF büdcədən daha çox dotasiya alacaq.
1xeber.media xəbər verir ki,bu barədə danışan iqtisadnı Natiq Cəfərli bildirib ki, DSMF-nin 2026-cı ildə büdcəsi proqnozlara görə 8 milyard 323 milyon manat olacaq:

















