Azərbaycan–Türkiyə münasibətləri regionda sülh və təhlükəsizliyin əsas sütunlarından sayılır.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev V Antalya Diplomatiya Forumunda "Dəyişən dünyada regional sahibliyin rolu" mövzusunda keçirilən panel sessiyada deyib.
O qeyd edib ki, bu münasibətlər Şuşa Bəyannaməsi ilə daha da möhkəmlənib.

















