Baş nazir Əli Əsədova sarsıdıci zərbə.
Əli Əsədovun obyektərinin siyahısı yayıldı. Yazı "Əli Əsədovun biznes və tikinti imperiyası" adlanır. Material Qafqazinfo saytinda dərc edilib.
Materialda deyilir:
"Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov hələ Prezident Administrasiyasında şöbə müdiri vəzifəsində çalışarkən adı biznes məsələlərində hallanan məmurlardan biri olub. Onun öz səlahiyyətlərini necə icra etməsi, yəni peşəkar fəaliyyəti başqa məqalənin mövzusudur. Lakin bu fəaliyyətin praktiki nəticəsi - yaratdığı biznes imperiyası artıq söz deməyə yer qoymur. Məsələn, Bakının ən görkəmli və bahalı yerlərindən biri – Bayraq meydanı ilə üzbəüz Əli Əsədova məxsus olduğu bildirilən “Manqal” restoranı ölçüsü, təm-tərağı ilə diqqəti cəlb etməyə bilməz.
Ancaq siyahı bununla bitmir və hətta aşağıda göstərilən obyektlərin siyahısı belə Əli Əsədovun biznes imperiyasını əhatə etmir:
1. Səbail rayonu Q.Abbasov 33 ünvanda 4+ mansard mərtəbəli ofis binası.
2. Xətai rayonu Ayaz İsmayılov küçəsi 12-də qeyri-yaşayış binası.
3. Yasamal rayonunda sifarişçisi “Alyans Devolopment” MTK olan yaşayış binası.
4. Səbail rayonunda sifarişçisi “Rahat Həyat” MTK olan yaşayış binası.
5. Sabunçu rayonunda sifarişçisi “Çay Çəkici” ASC olan yaşayış kompleksi.
6. Qaradağ rayonunda Renta-servis.
7. Bayılda, Dəniz Molla üzbəüz 3 çoxmərtəbəli tikili. Məlumata görə, burada əmlakın 1 kvadratmetri 17.000 AZN təşkil edir.
Sonda materialın davamının olacağı bildirilib.

















