Azərbaycanın ən iri şirkətlərindən biri olan “NURGUN GRUP” Məhdud Məsuliyyətli Müəssisəsinin dövlət büdcəsinə böyük miqdarda vergi borcu olduğu məlum olub.
Məlumata görə, holdinqin hazırda 159 972.15 manat məbləğində vergi borcu yığılıb.
Əldə etdiyimiz son məlumatlara görə, hazırda Nurxan Əliyev şirkətdə yüksək vəzifə tutur. Hətta Nuru Əliyevin əsas işləri artıq oğluna təslim etdiyi və holdinqin idarəçiliyinin faktiki olaraq Nurxan Əliyev tərəfindən həyata keçirildiyi bildirilir.

















