Cəlilabad şəhəri Dövlət Rəsm Qalareyasında cari təmir işlərinin satın alınması məqsədilə elan olunmuş tender 25.06.2024-cü ildə başa çatıb və “BAKU BUILDING” Məhdud Məsuliyyətli Cəmiyyəti ən aşağı təklif verərək qalib olub.
1xeber.media “Xəbərsiz”-ə istinadla xəbər verir ki, 154 min manat ehtimal olunan qiymətin qarşılığında 109 min manat təklif verən şirkətlə satınalma müqaviləsi bağlanıb.
İşin ilginc tərəfi ondan ibarətdir ki, 109 min manat ödəniş alan şirkət yalnız binanın üz qabığını sökə bilib.
2 müddət keçməsinə baxmayaraq işlər bitməyib. 1 ildən artıq müddətdir ki ümumiyyətlə işlər dayandırılıb
















