Olimpiya idman komplekslərində maliyyə və idarəetmə sahəsində ciddi nöqsanlar üzə çıxıb.
1xeber.media APA-ya istinadən xəbər verir ki, Hesablama Palatası Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən olimpiya idman komplekslərində (OİK) aparılan audit zamanı ciddi maliyyə pozuntuları və idarəetmə boşluqları müəyyən edib.
Audit 2022–2025-ci illəri əhatə etməklə 15 mln. manat vəsaiti əhatə edib.
Hesabatda qeyd olunur ki, OİK-lərin fəaliyyəti üzrə strateji planlaşdırma aparılmayıb, tarif siyasəti əsaslandırılmayıb və gəlirlərin böyük hissəsi subsidiyalardan asılı vəziyyətdə qalıb. Bir çox hallarda qiymətlər xərclər nəzərə alınmadan müəyyən edilib.

















