“Massimo Group MMC” şirkətinin rəhbəri, türkiyəli iş adamı Necib Köse onu aldadan və borcunu qaytarmayan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovu məhkəməyə verməyə hazırlaşır.
1xeber.media xəbər verir ki, bu barədə iş adamı Necib Köse özü məlumat paylaşıb. O bildirib ki, məlum hadisə ilə bağlı yaydığı videodan sonra ona Türkiyə və Azərbaycandan xeyli sayda dəstək mesajları gəlib:
“Bayram bəyin yalanlarla dolu açıqlamasını oxudum. Ancaq onun əlində öz dediklərini sübut edəcək heç nə yoxudr. Ancaq mənim əlimdə bütün sübutlar var. Əlimizdəki sübutlarla yüksək məhkəməyə müraciət edəcək və əlimizdəkiləri onlara təqdim edəcəyik. Bu müddət ərzində heç gözləmədiyim şəkildə dünyanın hər bir yerindən dəstək mesajları aldım”.

















