Prezident Admnistrasiyasının sabiq rəhbəri, hazırda barəsində dövlətə xəyanət maddəsi ilə cinayət işi açılmış Ramiz Mehdiyevin Ramanı qəsəbəsindəki bağlı əlindən alınıb.
1xeber.media xəbər verir ki, bu barədə özəl mənbələrdən məlumat daxil olub.
Məluumatda deyilir ki, ümumi sahəsi 32 hektar olan bağ uzun illərdir Mehdiyev, oğlu və həyat yoldaşı tərəfindən kənd təsərrüfatı məqsədi ilə icarəyə götürülüb. Həmin bağa görə, Mehdiyev və ailə üzvlərinin uzun illər büdcədən subsidiya alması da təsdiq olunmuş məlumatlardandır.
Qeyd edilir ki, sözügedən bağda bir neçə villa, Mehdiyev və həyat yoldaşı Qalina Mehdiyeva tərəfindən salınmış ekzotik gül, zeytun və badam bağları, habelə inək və keçi fermalara var.

















