Bu gün günorta saatlarında paytaxtın Heydər Əliyev prospekti, mərkəz istiqamətində yerüstü piyada keçidinin bir neçə metrliyində çoxzolaqlı yolu keçmək istəyən piyadanı minik avtomobili vurub.
Qəzada xəsarət alan piyada dərhal minik avtomobilinə mindirilərək yol polisi əməkdaşının özü sürücü olmaqla, xəsarət alanın vəziyyəti və yolda yaranan nəqliyyat sıxlığı nəzərə alınaraq həmin şəxs digər yol polisi əməkdaşlarının operativ müşayiəti altında Yeni Klinikaya çatdırılıb.

















