Mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil dövlətçiliyimizin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Lənkəranda böyük ehtiramla qeyd olunub. Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, hüquq-mühafizə orqanlarının şəxsi heyəti, hərbi qulluqçular, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, ağsaqqallar, müharibə veteranları, tələbələr, ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri Ümummilli Liderin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər
















