Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun dəvəti ilə Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili və onun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.
1xeber.media xəbər verir ki, mayın 18-də Sulxan Tamazaşvili və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıblar.
Dost ölkənin təmsilçiləri Şəhidlər xiyabanını da ziyarət edib, “Əbədi məşəl” kompleksinin önünə əklil qoyaraq şəhidlərə ehtiramlarını bildiriblər.
Həmin gün Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov gürcüstanlı həmkarı və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
















