Neftçala Rayon İcra Hakimiyyəti aparatının rəqəmsal təminatının və internet şəbəkəsinin gücləndirilməsi məqsədilə yeni satınalma müqaviləsinə imza atılıb.
1xeber.media 32gun.az-a istinadla xəbər verir ki, "Azəronline LTD" Birgə Müəssisəsi ilə razılıq əldə edib.
Bağlanmış satınalma müqaviləsinə görə, rayon rəhbərliyinin inzibati binası və müvafiq strukturları üçün internet xidmətinin təmin edilməsi nəzərdə tutulur. Bu müqavilənin ümumi maliyyə dəyəri isə rəsmi olaraq 14 775 AZN təşkil edir.

















