“Azərenerji” ASC-nin sabiq prezidenti Etibar Pirverdiyevə məxsus “Azenco” ASC-də ciddi maliyyə problemləri yaranıb.
1xeber.media bildirir ki, şirkətdə çalışan əməkdaşların Tendensiya.com-a verdiyi məlumaya görə, üç aydan artıqdır ki, maaşların ödənilməsində gecikmələr müşahidə olunur.
Məlumata görə, problemin əsas səbəbi “Azərenerji” ASC tərəfindən görülmüş işlərə görə “Azenco”ya ödənilməli vəsaitlərin vaxtında köçürülməməsidir. Mənbələrin iddiasına əsasən, hazırda “Azərenerji”nin şirkətə təxminən 15 milyon manat borcu var.
















