Xətai sakinlərindən etiraz: General Şıxlinski küçəsində "gizli" tikinti kimə məxsusdur?
Paytaxtın Xətai rayonu, General Əliağa Şıxlinski küçəsində aparılan genişmiqyaslı tikinti işləri ətrafda yaşayan sakinlərin ciddi narahatlığına və etirazına səbəb olub. Ərazinin hasarlanaraq ağır tonnajlı yükqaldıran texnikaların işə salınmasına baxmayaraq, tikintinin təyinatı və qanuniliyi barədə ictimaiyyətə heç bir məlumat verilmir.
1xeber.media-nın məlumatına görə, ərazidə şəhərsalma qanunvericiliyinin ən mühüm tələblərindən biri kobud şəkildə pozulub. Belə ki, tikinti meydançasında quraşdırılması məcburi olan məlumat lövhəsi yoxdur. Sakinlər layihənin texniki göstəriciləri, sifarişçi qurumun kimliyi və tikintiyə hansı əsaslarla icazə verildiyi barədə tamamilə məlumatsız buraxılıb.
[media=https://www.youtube.com/watch?v=xmtu4T1qEj4]
















