1xeber.media xəbər verir ki, Yer kürəsində maqnit fırtınası baş verəcək. Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (IKI) Günəş Astronomiya Laboratoriyasının Telegram kanalında məlumat verilib.
Maqnit fırtınalarının G1-G2 (orta) səviyyələrində 85% ehtimalla olacağı gözlənilir. Maqnitosferin sarı (narahat) və ya hətta yaşıl (sakit) zonada qalma ehtimalı 15% təşkil edir.
Hazırda Yer kürəsində təsir zonasına başqa bir koronal dəlik daxil olur. Bu, hazırda Günəşdə mövcud olan bu tip ən böyük strukturdur.

















