Yaz aylarında satışa çıxarılan erkən çiyələklərin sağlamlıq üçün yarada biləcəyi risklər barədə həkim rəyi açıqlanıb. Allerqoloq-immunoloq və qastroenteroloq Yelena Grek bildirib ki, mart ayından may ayına qədər bazarlarda görünən məhsulların tərkibində antibiotik qalıqlarına rast gəlinə bilər.
1xeber.media xəbər verir ki, həkimin sözlərinə görə, tərkibində antibiotik olan qidaların müntəzəm qəbulu orqanizmdə ciddi fəsadlara yol açır. Ən böyük təhlükələrdən biri bakteriyaların dərmanlara qarşı dözümlülük qazanmasıdır ki, bu da gələcəkdə müalicə prosesini çətinləşdirir. Bundan başqa, bu maddələr bağırsaq mikroflorasına mənfi təsir göstərir və allergik reaksiyalara səbəb olur. Ekspert qeyd edib ki, bitki mühafizəsində antibiotiklərdən kütləvi istifadə olunmasa da, bəzi istixana təsərrüfatlarında normalardan artıq "tetrasiklin" aşkar edilməsi hallarına rast gəlinir.
Məhsulun xarici görünüşünə, rənginə və ya qoxusuna baxaraq onun tərkibindəki kimyəvi maddələri təyin etmək mümkün deyil. Bu səbəbdən mütəxəssis riskləri azaltmaq üçün çiyələyi öz mövsümündə istehlak etməyi məsləhət görür. Təbii şəraitdə yetişən giləmeyvələrin daha az aqressiv emala məruz qaldığı bildirilir. Mayın sonundan avqust ayına qədər yetişən yerli məhsullara üstünlük vermək sağlamlıq baxımından daha təhlükəsizdir.
Yəni, yazın əvvəlində satılan çiyələklərin tərkibində onların xarab olmaması üçün istifadə edilən bəzi dərman qalıqları ola bilər, ona görə də çiyələyi yay aylarında yemək daha xeyirlidir.
Demokrat.az

















