Neftçalanın Şirvanlı kəndində görünməmiş məktəb skandalı yaşanır. İbrahim Babayev adına tam orta məktəbin direktoru Rasəf Heydərov təhsil ocağının mərkəzi istilik sistemini, həyətdəki su çənlərini və beton plitələri sökərək satmaqda ittiham olunur.
1xeber.media poliqon-a istinadla xəbər verir ki,kənd sakinlərinin çəkdiyi video görüntülərdə dövlət əmlakının "Kamaz" markalı yük avtomobilinə yüklənərək məktəbdən daşındığı aydın şəkildə əks olunub. Sakinlər iddia edir ki, direktor məktəbin inventarlarını "metallom" (metal qırıntısı) kimi sataraq şəxsi qazanc əldə edib.















