Təbii fəlakətlər zamanı operativ reaksiya və çevik müdaxilə insanların həyatının və əmlakının qorunmasında həlledici rol oynayır. Bu istiqamətdə polis əməkdaşları digər aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərərək zərərçəkənlərin təhlükəsizliyinin təmin olunmasına və fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılmasına dəstək verirlər.
Güclü yağışlar, daşqınlar, qar, torpaq sürüşmələri, meşə yanğınları və digər təbii hadisələr zamanı polis əməkdaşları ərazilərin mühafizəsini təşkil edir, təhlükəli zonalara girişə nəzarət edir, insanların təxliyəsində iştirak edir və nəqliyyatın təhlükəsiz hərəkətini təmin edirlər.
1xeber.media xatırladır ki,eyni zamanda, polis əməkdaşları fövqəladə hallarda vətəndaşların müraciətlərinə operativ cavab verir, zəruri hallarda ilkin yardım göstərir və xilasetmə əməliyyatlarının fasiləsiz həyata keçirilməsi üçün aidiyyəti qurumlarla birgə fəaliyyət göstərirlər.
Təbii fəlakətlər zamanı nümayiş etdirilən peşəkarlıq, operativlik və fədakarlıq polis-vətəndaş həmrəyliyinin bariz nümunəsidir. Çətin anlarda insanların yanında olmaq, onların təhlükəsizliyini təmin etmək Azərbaycan Polisinin əsas xidmət prinsiplərindən biridir.















