1xeber.media xəbər verir ki,Gəncə Dövlət Regional Kollecində rəhbərliklə müəllim heyəti arasında yaranan gərginlik səngimək bilmir. Təhsil ocağının müəllim kollektivi kollecin direktoru Xoşqədəm Xudiyevanın tutduğu vəzifədən dərhal istefa verməsini tələb edir.
"Bizə Müəllimi Əzən Və Alçaldan Rəhbər Lazım Deyil!"
Etiraz edən müəllimlər rəhbərliyin onlara qarşı mənfi münasibətindən və əmək haqlarının qəsb edilməsindən cana doyduqlarını bildiriblər. Kollektivin yaydığı şikayətdə deyilir:
“Bizə müəllimi alçaldan, əzən və onların halal əməyini qəsb edən direktor gərək deyil. İllərlə təhsilə xidmət edən insanların hüquqları burada hər addımda tapdalanır”.
















