Asif Hüseynov Şabranı zibilə bürüyür: İcra başçısı postu sadəcə "məşğul edir"?
Şabran rayonunun 2 nömrəli məktəbinin və yaşayış evlərinin addımlığında dözülməz antisanitariya hökm sürür. Sakinlər yay istisində üfunət qoxusundan boğulur, epidemiya təhlükəsi ilə üz-üzə qalıb. MİS-ə yeni zibildaşıyan maşınlar verilsə də, tullantılar niyə daşınmır? Sakinlərin icra başçısı Asif Hüseynovun laqeyd idarəetməsinə qarşı sərt üsyanı və Şabranda gizlədilən acınacaqlı reallıqlar 1xeber.media-nın təqdim etdiyi süjetdə!

















