Azərbaycan ali təhsilində bir ilk: Mingəçevir Dövlət Universiteti tamamilə "Sıfır Tullantı" modelinə keçir!
MDU-nun rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə rəsmi səfəri çərçivəsində "Sıfır Atık Vakfı"nın rəhbəri Samed Ağırbaş ilə strateji əməkdaşlıq imkanlarını müzakirə edib. Ölkəmizdə ilk dəfə olaraq birbaşa institusional səviyyədə tətbiq ediləcək bu model sayəsində universitet kampusunda karbon emissiyası azaldılacaq, tullantılar çeşidlənəcək və dairəvi iqtisadiyyat prinsipləri tətbiq olunacaq. Qardaş ölkədə əldə olunan mühüm razılaşmanın bütün detalları və MDU-nun ekoloji inqilabının pərdəarxası 1xeber.media-nın təqdim etdiyi süjetdə:

















