Gəlişinə 2 manat elan etdilər, geri qayıtmağa isə nəqliyyat tapılmadı! Göygöldə keçirilən V Milli Yaylaq Festivalının açılışında böyük nəqliyyat xaosu yaşanıb. Gəncəyə qayıtmaq istəyən uşaqlı, qocalı yüzlərlə insan gecə yarısı yollarda çarəsiz qalıb. Təşkilatçıların böyük logistika xətası və hadisə yerindən görüntülər 1xeber.media-nın süjetində!
















