Sosial şəbəkələrdə yayılan videoda Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovla hər hansı bir şəxs (videoda üzləri görünmür) arasında dialoq öz əksini tapıb.
Həmin şəxs Kəmaləddin Heydərova təyyarənin üzərində güllə izlərinə bənzər dəlikləri göstərir və “vurulma ola bilər”,- sualını verir.
Eyni zamanda təyyarə üzərində nə üçün bu qədər qırma izlərinə bənzər deşiklərin olması da müzakirə olunur.