Deputat Arzuxan Əlizadə: “Vaşinqton bəyannaməsi Azərbaycanın öz gücü ilə yaratdığı reallığın nəticəsidir!” Cənubi Qafqazın taleyini dəyişən 8 avqust razılaşmasından düz 1 il ötür. 30 illik təzyiqləri darmadağın edən Bakının hərbi-diplomatik gücü Vaşinqtonda böyük güclərə nələri məcbur qəbul etdirdi? Zəngəzur dəhlizinin həlli, Minsk qrupunun sonu və yekun sülh üçün Ermənistanın qarşısında duran Konstitusiya şərti... Milli Məclisin deputatı Arzuxan Əlizadə ən mühüm məqamları 1xeber.media-ya şərh etdi.

















