Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri davam edir. Dövlət başçısı və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən qədim Buxara şəhərinə gəliblər. Hava limanında Azərbaycanın liderini Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı qarşılayıblar

















