Yolları təmir etmək asandır, yoxsa reklam etmək?
Son günlər sosial şəbəkələrdə yol təmiri videoları ilə gündəmə gələn Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov bu dəfə vətəndaşların sərt tənqidi ilə üzləşib. Sakinlər şəhərin bərbad yollarından və sıradan çıxan avtomobillərindən giley edirlər. PR kampaniyası reallığı gizlədə bilirmi?

















