BAKIDA STRATEJİ MÜZAKİRƏLƏR: "BİR MİLLƏT, İKİ DÖVLƏT"!
Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib. Görüşdə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın səmimi salamları dövlət başçısına çatdırılıb və iki qardaş ölkə arasındakı müttəfiqlik əlaqələrinin sarsılmazlığı bir daha vurğulanıb.

















