Bakıda Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə ilk AQEM Media Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev dövlət başçısı İlham Əliyevin forum iştirakçılarına müraciətini diqqətə çatdırıb. Qütbləşmiş dünyada peşəkar jurnalistikanın və etimadın qurulmasının müzakirə olunduğu tədbirin əsas təfərrüatları süjetimizdə!

















