Ordumuzun arxa cəbhə gücü: “Əsgər payı” diqqət mərkəzindədir!
Bakı Ekspo Mərkəzində keçirilən 6-cı Beynəlxalq Müdafiə Sərgisində müasir silahlarla yanaşı, hərbi qulluqçuların strateji təminatı da nümayiş etdirilir. Azərbaycan qida sənayesinin aparıcı şirkəti Azərsun Holdinq ordumuz üçün xüsusi olaraq yerli xammal əsasında istehsal etdiyi “Əsgər payı” qida rasionunu təqdim edib.

















