Prezident İlham Əliyev Azərbaycanın müstəqillik formulasını elan etdi: "Kənar qüvvələrin işimizə müdaxiləsinə yol verilməyəcək!"
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında proqram xarakterli geniş nitq söyləyən dövlət başçısı İlham Əliyev ölkənin daxili təhlükəsizliyinin və müstəqil xarici siyasətinin sarsılmaz təməllərini açıqlayıb. Azərbaycanın ideoloji məkanının yad təsirlərdən tamamilə azad olmalı olduğunu vurğulayan dövlət başçısı, rəsmi Bakının heç bir xarici köməyə və himayədarlığa ehtiyac duymadığını qətiyyətlə bildirib

















