Hikmət Hacıyev Azərbaycanın xarici siyasət koordinatlarını elan etdi: ABŞ, Çin, Rusiya və regional güclərlə əlaqələrin SON vəziyyəti!
Bakıda keçirilən mötəbər CAMCA 2026 Regional Forumunda geniş və proqram xarakterli nitq söyləyən Prezidentin köməkçisi Hikmət Hacıyev Azərbaycanın çoxvektorlu diplomatiyasının cari mənzərəsini açıqlayıb. Rəsmi Bakının beynəlxalq münasibətləri şəffaflıq, suverenlik və qarşılıqlı hörmət prinsipləri üzərində qurduğunu vurğulayan Hacıyev, Vaşinqton sammitindən sonra ABŞ-la əlaqələrin keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldiyini diqqətə çatdırıb.

















